"Report" xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun portalı məlumat yayıb.
Qeyd olunur ki, 32 yaşlı futbolçu klubda icarə əsasında 6 ay müddətinə çıxış edəcək.
Akvilani "Peskara"ya 2016-cı ilin yayında keçib. O, bunadək "Liverpul", "Milan", "Yuventus", "Roma" kimi klubların şərəfini qoruyub. Hazırkı mövsümdə futbolçu İtaliya çempionatında 9 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.