"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Lüleburgaz bölgə müftisi Hüseyn Uysal deyib.
O bildirib ki, ilk dəfə Həcc ziyarətinə gedənlər üçün qeydiyat ötən il dekabrın 28-də başlayıb. Ziyarətə getmək üçün əvvəlki qeydiyyatların yenilənməsi prosesi isə yanvarın 9-dan başlayacaq və 31-dək davam edəcək.
Həcc ziyarətinə kimlərin gedəcəyi isə fevralın 23-də keçirləcək püşkatma nəticəsində bilinəcək.