Bu barədə "Report"a alyansın rəhbəri Elmar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bioqrafik ensiklopediya "Ukrayna və Azərbaycanın məşhur şəxsləri" adlanacaq. E.Məmmədov bildirib ki, nəşr üzərində hər iki ölkənin respublika və yerli hakimiyyət orqanlarının nümayəndələri, həmçinin nüfuzlu ictimai, elmi və peşəkar təşkilatların nümayəndələri işləyəcəklər.
E.Məmmədov qeyd edib ki, ensiklopediyaya hər iki ölkənin siyasi, həmçinin inzibati, işgüzar, elmi və mədəni elitasının 8 min 500-dən çox şəxsinin bioqrafiyasının daxil edilməsi planlaşdırılır.
Nəşrin 1200 səhifədən ibarət olacağı gözlənilir.