Bakı. 11 yanvar. REPORT.AZ/ “Ötən il Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına donor kimi 44 393 nəfər qan verib”.
“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə donor sayı 76 692 nəfər, tədarük edilən qanın miqdarı isə 36 368.9 litr olub: “Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı 1863,8 litr təşkil edib”.
Baş hemotoloq qeyd edib ki, donorluğun təbliği sahəsində müasir üsüllardan istifadə edilməsi donorların sayının və tədarük edilən qan və onun komponentlərinin miqdarının artmasına səbəb olub. O qeyd edib ki, görülən tədbirlər arasında MQB-ın VEB saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə coxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi kimi tədbirlər var: "Son zamanlar Səhiyyə Nazirliyi qan xidməti və donoluq sahəsində köklü islahatlar aparıb. Qan xidməti müəssisələrinin şəbərkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilib. Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan tədarük edən müəssisələrinin sayı xeyli azalıb, bu isə donorların səmərəli istifadəsinə və donor qanının infeksiyalara yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb”.