Agentliyin proqnozuna görə, bu il regionda 2%-lik iqtisadi artım müşahidə ediləcək: Ötən il bu rəqəm 1% olub: "2018-ci ildə isə böyümə 3% təşkil edəcək. Neft qiymətlərinin yüksək olması ehtimalı belə polismeykerlərə fiskal və monitor siyasətin təsirlərini zəiflətməyə imkan yaratmayacaq və neft idxalçıları valyuta transferindən az gəlir götürəcəklər”.
Agentliyin vitse-prezidenti Kristin Lindov (Kristin Lindow) deyib ki, region ölkələri neftin ucuzlaşmasının şokunu yaşayır: “MDB hökumətləri neft qiymətlərinin şokunu və artan ortodoks siyasətini tənzimləməyə çalışır. Buna fiskal monetar siyasətin daralması və üzən məzənnə kimi siyasətlər daxildir. 2017-ci ildə MDB ölkələrinin neftin aşağı qiymətinin təsirini yumşaltmaq üçün imkanları var”.