Beynəlxalq Olimpiya Komitəsi bir sıra ağırlıqqaldıranları Olimpiya medalından məhrum edib

Beynəlxalq Olimpiya Komitəsi bir sıra ağırlıqqaldıranları Olimpiya medalından məhrum edib
06:22 13 Yanvar 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi Çinin 3 ağırlıqqaldıranını Olimpiya medalından məhrum edib.
"Report" xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.
Məlumata görə, 2008-ci ilin Olimpiadasında qızıl medallar qazanmış Çao Ley, Çen Sesya və Lyu Çunxun qızıl medallardan məhrum olunublar. Buna səbəb onların antidopinq qaydalarını pozmalarıdır.
Komitənin qərarı idmançıların dopinq yoxlamasından sonra qəbul edilib. Bununla da Çao Ley (75 kq), Çen Sesya (48 kq) və Lyu Çunxun 2008-ci ilin Olimpiadasının qızıl medallarından məhrum ediliblər.
Qeyd edək ki, olimpiya medallarından məhrum edilənlər arasında Belarusun (Nadejd Ostapçuk və Darya Pçelnik) həmçinin Türkiyənin, Azərbaycanın da idmançıları var. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-olimpiya-komitesi-bir-sira-agirliqaldiranlari-olimpiya-medalindan-mehrum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR