x
Loading...
.

NATO-da xidmət etmiş Türkiyə diplomatı və zabitləri Norveçdən sığınacaq istəyib

NATO-da xidmət etmiş Türkiyə diplomatı və zabitləri Norveçdən sığınacaq istəyib
11:07 13 Yanvar 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyəni NATO-da təmsil edən bir qrup zabit və diplomatı siyasi sığınacaq almaq üçün Norveç hökumətinə müraciət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Norveçdə çıxan “Verdens Gang” qəzeti yazıb.
Qəzetin məlumatına görə, onlar 2016-cı ilin payızınadək NATO tərkibində Norveçdə xidmət ediblər. Ancaq ötən il iyulun 15-də dövlət çevilirşinə cəhddən sonra Türkiyə hökuməti onlardan ölkəyə dönmələrini istəyib. Zabit və diplomatlar isə Türkiyəyə dönməkdən imtina edərək siyasi sığınacaq almaq üçün Norveç hökumətinə müraciət ediblər. 
Diplomatlar və zabitlərin hazırda yaşadıqları yer məxfi saxlanılır.
Norveçin Ədliyyə Nazirliyi məsələyə şərh verməkdən imtina edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/nato-da-xidmet-etmis-turkiye-diplomati-ve-zabitleri-norvecden-siginacaq-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR