Nəzakət Teymurova teatrdan getdi - açıqlama

Nəzakət Teymurova teatrdan getdi -  açıqlama
16:01 13 Yanvar 2017
195 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nəzakət Teymurova Opera və Balet teatrından ayrılıb.

Axşam.az-a açıqlama verən xanəndə məsələ ilə bağlı bunları deyib:

“Teatrdan öz istəyimlə ayrıldım. Heç bir səbəb yoxdur. Əslində mən 2 aydır teatrdan çıxmışam. Qərarımı teatr rəhbərliyi də hörmətlə qarşıladı. 20 ildir burada çalışıram, artıq bəsdir”.

N.Teymirova “Özünüzdən sonra Leyli kimi görürüsünüz” sualına belə cavab verib:

“Hələ ki, heç kimi görə bilmirəım. Operada gərək yetişəsən, təcrübən ola. Bir çox gənc Leylilərimiz var. Onlardan biri də mənim tələbəm Vüsalə Musayevadır. Leyli olmaq üçün zaman lazımdır”.

Qeyd edək ki, bu barədə ilk məlumatı yenicag.az yayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR