Bakı əhalisi hansı spirtli içkilərdən istifadə edir? - FOTO

Bakı əhalisi hansı spirtli içkilərdən istifadə edir? - FOTO
16:22 13 Yanvar 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

"ACT Azərbaycan" Bakı şəhərində maraqlı sorğu keçirib.

Şirkət Bakı sakinlərinin neçə faizinin spirtli içki istifadəçisi olduğunu öyrənməyə çalışıb.

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan"ın apardığı sorğuya görə, son 6 ay ərzində şəhər əhalisinin dörddə biri (26%) spirtli içkilərdən istifadə edib. Alkoqollu içkiləri ayda bir dəfə içənlər nisbi üstünlük təşkil edirlər (25%). Onları spirtli içkilərdən ayda 2-3 dəfə istifadə edənlər izləyir (22%). Həftənin 2-3 gününü spirtli içkilərdən istifadə edənlər sorğuda 10% təşkil ediblər. 5% respondent isə alkoqollu içkiləri həftədə 1 dəfə içdiyini bildirib. 

Bəs alkoqol sevərlərin damaq dadına hansı içkilər uyğundur? 

Respondentlər tərəfindən ən çox sevilib-seçilən içki araqdır (52 %). 17 % üçün viski əvəzolunmazdır. Şərabsevərlər 15 %-lə üçüncüdülər. 11 % respondent isə pivəni seçir. Cəmi 5 % şampan şərabının vurğunudur. 

Azərbaycan cəmiyyətində qadınların spirtli içki qəbul etməsi birmənalı qarşılanmır. Qadın və alkoqol mövzusunun həssaslığını nəzərə alıb respondentlərdən alkoqol istifadə edən qadınlara qarşı olan münasibətlərini də öyrəndik. Məlum oldu ki, spirt qoxusunu qadına yaraşdırmayanlar çoxluq təşkil edir (72 %). Qadınların 77 %-i, kişilərin isə 67 %-i zərif cinsin spirtli içki marağını qınayır. Əsasən, yaşlı nəslin nümayəndələri (55-64 yaş aralığı) bu hala qarşı çıxırlar (82 %).

Kişilərin spirtli içkilərə olan marağı da respondentlər tərəfindən birmənalı qarşılanmır. Qadınların 60 %-i, kişilərin isə 40 %-i güclü cinsin alkoqoldan istifadə etməsini pis qarşılayır. Xüsusilə də yaşı 65-dən yuxarı olan ahıl respondentlər içən kişiləri qınayır (64%). 

Sorğu "ACT Azərbaycan" tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR