Çin klubu italyan forvarda görə 100 milyon verir - o da gedir?

Çin klubu italyan forvarda görə 100 milyon verir  - o da gedir?
18:07 14 Yanvar 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

“Zenit”dən və Belçika millisindən tanıdığımız Aksel Vitseli heyətə qatan, “Çelsi”nin forvardı Dieqo Kostaya göz dikən Çin klubu təəccübləndirməyə davam edir. Fanat.Az  “Sport Mediaset”ə istinadən xəbər verir ki, “Tyantszin Tsyuntszyan”  “Torino”nun forvardı Andrea Belottiylə ciddi maraqlanır.


Qıyıqgözlər ön xətt oyunçusuna görə klubuna 100 milyon avro verməyə hazırdı.

23 yaşlı Belotti bu mövsüm “Torino”da 20 oyuna çıxıb. Bu görüşlərdə 15 qol vuran hücumçu 4 məhsuldar ötürməylə də yadda qalıb.

                                                              


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cin-klubu-italyan-forvarda-gor-100-milyon-verir-t55569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR