Daha bir marşrutun yolu dəyişdi

Daha bir marşrutun yolu dəyişdi
19:12 14 Yanvar 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir marşrut xəttinin hərəkətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən fins.az-a verilən xəbərə görə, 16 yanvar 2017-ci il tarixindən 37 saylı marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.  
Milli.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb Nəriman Nərimanov prospektində aparılan təmir işləridir.
İndiyə qədər həmin marşrut Nərman Nərimanov prospekti ilə hərəkət edirdi. 37 saylı marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/506304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR