Azərbaycanda daha 71 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 71 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
10:37 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. Bu barədə “Report”a Komitədən bildirilib.
Məlumata görə, hərraca 71 əmlak çıxarılıb. Bu, 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri 5 rayonda - Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda əmlaklar hər biri 150 min manata təklif olunur. Bunlar yardımçı təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb.
Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis”, Sumqayıtda yerləşən “Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Kərpic”, “Goranboy Sənaye İnşaat”, “Kürdəmir Quşçuluq”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-71-dovlet-emlaki-ozellesdirmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR