Gülay Kamillə evliliyindən danışdı: "Elə bilirlər ki, ailəmizdə problem var" - FOTO

Gülay Kamillə evliliyindən danışdı: "Elə bilirlər ki, ailəmizdə problem var" - FOTO
16:47 16 Yanvar 2017
314 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Gülay Zeynallı instagram sosial şəbəkəsinin aktiv istifadəçilərindən biridir. Məşhur bəzən İnstagram-a yüklədiyi foto və videoların izləyiciləri tərəfindən birmənalı qarşılanmadığını deyir. O bu haqda Milli.Az-a danışıb:

"Artıq uzun illərdir ki, Kamillə evliyəm, amma indiyə qədər heç bir ciddi problemimiz olmayıb. Təbii ki, hər bir ailədə xırda-para problem olur, onsuz olmaz. Bəzən İnstagram-a bir qəmgin şəkil, yaxud həzin bir mahnı oxuyub, yükləyirəm. O dəqiqə yazırlar ki, nə olub? Nə baş verib? Bunları yaxşı yerə yozmurlar. Elə bilirlər ki, ailəmizdə nəsə problem var. Amma ki bu belə deyil".

"Kamili qısqanırsınızmı?" sualına isə müğənni bu cür cavab verib:

"Qabarıq şəkildə qısqanmıram, nə mən onu, nə də ki, o məni. Amma bəzi hallarda qısqanclığım olur. Amma bütün bunları qəbul etmişəm. Çünki mən Kamili tanıyanda da o artıq qadınlarla işləyirdi".

Əli Rəhimoğlu

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/508233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR