Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb

Rumıniyanın sabiq prezidentinə qarşı ittiham irəli sürülüb
17:12 16 Yanvar 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Rumıniya Hərbi Prokurorluğu 1990-cı il iyunun 13-15-də Buxarestdə keçirilmiş hökumət əleyhinə nümayişi dağıtmaq üçün şaxtaçılardan istifadə etdiyinə görə ölkənin keçmiş prezidenti İon İliyeskuya qarşı rəsmən ittiham irəli sürüb.
Bu barədə "Report" TASS-a istinadən məlumat verir.
"İliyeskuya qarşı cinayət işi açılıb. O, təqsirləndirilən şəxs statusu alıb. Hazırda müdafiəyə hazırlıq işləri ilə məşğuluq", - sabiq prezidentin vəkili Andrey Corcesku mətbuat nümayəndələrinə açıqlamasında deyib.
Təxminən bir saat prokurorluqda qalan keçmiş dövlət başçısının özü isə jurnalistlərlə söhbətdən imtina edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiyanin-sabiq-prezidentine-qarsi-ittiham-ireli-surulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR