Bakıdan Moskvaya Qarabağ MESAJI: Azərbaycanın ərazi bütövlüyü... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
·342 baxış·6 dəq oxu
Türkiyədə 39 nəfərə 2017-ci ilin ilk gününü görməyə
imkan verməyən terrorçu 16 gün sonra nəhayət ki, ələ keçirildi.
Günə bu xəbərlə başlasaq da, Sarkisyanın özünü güllələməsindən
tutmuş, Lavrovun yüzlərlə jurnalisti başına toplayıb verdiyi
mesajlara qədər bir çox informasiya ilə qarşılaşdıq. Azərbaycan
Prezidenti İlham Əliyevin nazirlərə iradı isə ölkə daxilində siyasi
gündəmə damğasını vurdu.
Prezident Administrasiyasının xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədovun “Facebook” hesabında
yazdıqlarından belə anlaşıldı ki, Dağlıq Qarabağın KVN
komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından
çıxarılması ilə bağlı atılan addımlar yalnız ölkə başçısısının
tapşırığından sonra edilib.
“Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra
atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”, - deyə PA
rəsmisi vurğulayıb.
Qeyd edək ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya
yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal
olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət
göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını
yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına
dəvət edib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla
bağlı açıqlaması da xüsusi diqqət çəkdi.
Lavrovun 2016-cı ilin yekunlarına həsr etdiyi konfransa 160 yerli,
300 xarici jurnalist qatılmışdı.
Qarabağdan danışan Lavrov bunun Azərbaycanın daxili işi olmadığını
qeyd edərək, dolayısı ilə yanlış mövqe sərgilədi. Lakin onu da qeyd
etdi ki,
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə
ərazilərin azad olunması tələbi qüvvədədir”.
Lavrovdan Qarabağ açıqlaması: “İşğal olunmuş ərazilərin qaytarılması tələbi qüvvədədir”
"Lakin güc tətbiqi istənilən halda qəbul edilməzdir”.
Rəsmi Bakının buna sərt cavabı gecikmədi. Bakıda Lavrovu qəbul
edərkən ona ən yüksək qonaqpərvərlik göstərən, “Böyük stəkanda çay
gətirin” deyə rusiyalı həmkarının çayı belə necə içdiyindən
xəbərdar olduğu mesajını verən xarici işlər naziri Elmar
Məmmədyarov nümayiş etdirdi ki, milli maraqlar şəxsi münasibətlər
və diplomatiyanın fövqündə dayanır.
“Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının
işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq”, - Azərbaycan
XİN rəhbəri bildirdi. Bakı bununla həm də Rusiyaya mesaj
verirdi.
Elmar Məmmədyarovdan SƏRT SÖZLƏR: "Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, Qarabağ..."
Elmar Məmmədyarovdan SƏRT SÖZLƏR
Buna paralel olaraq, Azərbaycan Ordusu cəbhədə
düşmənə mesaj verdi. Müdafiə Nazirliyinin məlumatına
görə, cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan
bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.
Dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə
cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan
komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı
qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii
maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri
məhv etmək tapşırıqlarını yerinə yetirir.
Ordumuzun döyüşə hazırlıq səviyyəsi yoxlanılır
Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ
BAŞLAYIR
Ukrayna böhranından sonra Qara dəniz bölgəsi ABŞ-Rusiya
qarşıdurmasının yeni məkanına çevrilib.
Rusiya hələ 2014-cü ildə Qara dənizə döyüş gəmiləri, yeni raket
sistemləri və 400 kilometr hədəfi vura bilən S-400 raket
komplekslərini yerləşdirdi. Buna cavab olaraq, ABŞ Rumıniyanın Qara
dəniz sahilində Köstencə limanındakı “Mixail Koqalniceanu” hərbi
hava bazasında əsgərlərin sayını artırdı.
Bununla yanaşı, ABŞ Rusiyanın etirazına baxmayaraq, Rumıniyada
raketdən müdafiə sistemlərini aktivləşdirdi. Vaşinqton yenilənən
radar sistemlərinə və SM-2 raket əleyhinə olan sistemlərinə 800
milyon dollar xərcləyib. ABŞ-ın son 20 ildə ən böyük hərbi
kontingentini NATO-nun şərq sərhədlərinə, yəni Rusiyaya yaxın
bölgəyə daşıyacağı gözlənilir.
Artıq yüzlərlə tank və hərbi texnika Polşa-Rusiya sərhədinə
göndərilib. Fevralda 4 min amerikalı əsgər də bu bölgəyə
gələcək.
Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR - FOTOLAR
Qara dəniz bölgəsi ABŞ-Rusiya qarşıdurmasının yeni məkanına çevrilib.
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən
gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən
şəxs saxlanılıb.
"Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov
əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda
yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.
“Reina” gecə klubunda qətliam törədən terrorçu Əbu
Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan
sonra hər şeyi etiraf edib. İstanbul valisi Vasip
Şahin açıqlayıb ki, terrorçu günahını etiraf edib və hücumun
İŞİD-in əmri ilə etdiyini bildirib.
Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda
doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı
ilin yanvar ayında gəldiyi ehtimal olunur.
Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera
görüntülərini araşdırıb. Əməliyyata ümumilikdə 2 min polis cəlb
edilib. Məlumata görə, terrorçu əvvəlcə Başakşehirdə ev tutub. Daha
sonra bir neçə ev dəyişdirərək, gizlənməyə çalışıb
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy
rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16
nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.
Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı
ilin yekunları ilə bağlı ənənəvi mətbuat konfransı keçirib
. Konfransda Rusiyadan 160, xarici ölkələrdən 300
jurnalist iştirak edib.
Bütün ölkələrlə bərabərhüquqlu münasibətlərə önəm verdiklərini
deyən S.Lavrov qeyd edib ki, Rusiya xaricdən dəyər idxal etmir.
“Demokratiya və dəyərlərin ixracı yaxşı heç nəyə gətirmir. Buna
nümunə kimi “ərəb baharı” və Ukraynanı göstərmək olar”, - deyə o
bidirib.
Rusiyanın XİN rəhbəri həmçinin Balkanlarda müharibə təhlükəsi,
rus hakerlərinin ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında iddialar,
NATO qüvvələrinin Baltikyanı bölgəyə yerləşdirilməsi, Suriya
münaqişəsi və ABŞ-ın yeni prezidenti Donald Tramp ilə komandasının
bəyanatlarının sərtləşməsini şərh edib.
“Demokratiya və dəyərlərin ixracı yaxşı heç nəyə gətirmir".
Abxaziya və Cənubi Osetiyaya girən Rusiya beynəlxalq
nizamın düşmənidir. Bunu “Amerikanın səsi” radiosuna
müsahibəsində amerikalı general Devid Petreus söyləyib.
“Tramp tərəfindən milli təhlükəsizliklə bağlı toplanmış komanda
Vladimir Putinin ABŞ-ın dostu olmadığı fikri ilə razılaşır. O hətta
bir neçə istiqamətdə bizim və beynəlxalq nizamın düşmənidir. Məhz
Rusiya Abxaziya, Cənubi Osetiya, Krım, Donbasa daxil olub,
Belarusda aviabaza tikdirib, Moldovada 1500 əsgər yerləşdirib. Əgər
Rusiyanın ətrafına baxsaq, onun yenidən keçmiş SSRİ-ni bərpa etmək
cəhdini görə bilərik. Buna görə də Putin tərəfindən Avrasiya
İttifaqı istifadə edilir” – deyə o bildirib.
CNN televiziyasına müsahibəsində ABŞ Dövlət katibi
Con Kerri ABŞ və Rusiya münasibətlərində problemlərin Rusiyanın
rəhbərliyi ucbatından yarandığını deyib. “Problemlər
olurdu. Bunlar Vladimir Putin tərəfindən məhz Ukrayna, Krım və
Suriyada yaradılmışdı”, – o qeyd edib.
Kerri həmçinin tərəflərin bütün problemlərin öhdəsindən
gələcəyinə ümid etdiyini bildirib.
Donald Tramp prezidentlik müddətinin sonuna qədər öz
kreslosunda qalmayacaq. Bu sözləri “Facebook”
səhifəsində rusiyalı ekspert Slava Rabinoviç paylaşıb. O, Trampı
ABŞ vitse-prezidenti Mayk Pensin əvəz edəcəyini bildirib:
“Növbəti ABŞ Prezidenti Mayk Pens olacaq. O, bu vəzifəyə 2020-ci
ildən bir qədər əvvəl gətiriləcək. Ona görə ki, Trampa qarşı
prezidentlik müddəti başa çatmamış impiçment elan edilə bilər.
Bunun üçün isə kifayət qədər arqument var”.
Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə,
ölkə prezidenti Serj Sərkisyana hücum olub.
“Bizdə olan məlumata görə, insidentdən sonra prezident
iqamətgahının mühafizəsi gücləndirilib. uyğun olaraq, Ermənistan
prezidenti və digər yüksək vəzifəli şəxslər yanvarın 6-da
Eçmiədzində Yeni il tədbirlərində iştirak etməli idilər. Sərkisyan
ənənəni bu il pozdu. Mənbənin məlumatına görə, gözlənilməz
məzuniyyət prezidentin səhhətindəki problemlərlə bağlıdır, lakin
Sərkisyanın bununla potensial təhlükələri özündən uzaq tutmaq
istəməsi də istisna edilmir”, – deyə, qəzet yazıb.