“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans

17:03 14 Mart 2015
450 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC
Sentyabrın 8-dən 13-dək Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Azərbaycan-Türkiyə-Ukrayna beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransın təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.
İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələr aparılacaq.
Maraqlananlar məruzələrini mayın 31-dək göndərə bilərlər.
Konfransa qeydiyyat sentyabrın 8-9-da keçiriləcək.
Ətraflı məlumatı madea2015.imm.az saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riyazi_analiz_diferensial_tenlikler_ve_onlarin_tetbiqleri_movzusunda_beynelxalq_elmi_konfrans-839367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR