Dortmund "Borussia"sının futbolçusu Pyer-Emerik Obameyanq gələcək karyerası haqda danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu hücumçulçu "sport1" nəşrinə verdiyi açıqlamasında Dortmundda nə qədər qalacağını bilmədiyini açıqlayıb.

"Burda nə qədər qalacağımı dəqiq deyə bilmərəm. Bəlkə 2,3,5 ya da 10 il. Gələcəkdə nə olacağını heç kim deyə bilməz. Yayda yaxşı təklif olsa, "Borussia" məni sata da bilər. "Bayern Munich"? Bu komandaya heç vaxt keçməyəcəm"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində