Menzil.az tam yenilənmiş formada istifadəçilərin ixtiyarına verildi.

Fərqli vizual görüntüsü, məzmunu və funksionallığı ilə fərqlənən veb-saytda hər şey istifadəçilərin rahatlığı üçün düşünülüb. Müasir dizayn yerləşdirilmiş elanlara və digər bölmələrə asan giriş imkanı yaradır. Qeyd edək ki, Menzil.az bütün stasionar və mobil qurğular tərəfindən dəstəklənir. Yaxın zamanlarda portalın Android və İOS istifadəçiləri üçün nəzərdə tutulmuş tətbiq proqramları istifadəyə veriləcək.

2015-ci ildən fəaliyyət göstərən Menzil.az rahat daşınmaz əmlak alqı-satıqısı imkanı yaradan onlayn portaldır. Digər saytlardan fərqli olaraq, Menzil.az-da heç bir ödəniş etmədən limitsiz elan yerləşdirmək mümkündür.

Portalın üstünlüklərindən bir digəri video elan xidmətidir. Bu vasitə ilə elan sahibi təkcə yazılı deyil, həm də görüntülü şəkildə məlumatları qarşı tərəfə ötürmək imkanı əldə edir. Beləliklə, əmlakla maraqlanan müştəri heç bir məsafə qət etmədən, onlayn formada daha detallı müşahidə apara bilir.

Menzil.az arzusunda olduğu evi axtaranlar üçün də geniş imkanlar təklif edir. Belə ki, saytda əmlakın tipinə, qiymətinə, sahəsinə, otaq sayına uyğun geniş axtarış imkanları mövcuddur. Bunlarla yanaşı, əgər qeyd olunan qiymət sizi qane etmirsə, "təklif ver" funksiyasından istifadə edərək, elan sahiblərinə öz təklifinizi də verə bilərsiniz.

Artıq mənzil sahibisiniz, amma yüklərin daşınması ilə bağlı çətinlikləriniz var və ya evinizi istəyinizə uyğun formada dizayn etdirmək istəyirsiniz? Menzil.az sizə yardım edər. Portalın "xidmətlər" bölməsinə daxil olmaqla, təmizlik, yük daşıma, interyer dizayn, təmir/tikinti və hüquq xidmətlərindən yararlanmaq mümkündür.

Menzil.az – mənzil alqı-satqısı heç belə asan olmamışdı.

Daha ətraflı məlumat əldə etmək üçün saytı ziyarət edə bilərsiniz.

Əlaqə vasitələri

Tel: +994 12 409 61 60

+994 50 340 61 60

Elektron poçt ünvanı: info@menzil.az

Facebook səhifəsi: fb.com/menzil.az/