Bakı. 25 yanvar. REPORT.AZ/ “Bu gün futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var”.
“Report”un xəbərinə görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.
O bildirib ki, bu gün Azərbaycanın bəzi gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar: “Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarınmızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağıracaqlar. Biz bu işləri görmək üçün əməli işlərimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımı qədər bu tədbirlərə dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar”.