Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə
kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə
artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı
rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın
İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.
Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxladan
DYP kapitanı aralarındakı mübahisə zəminində onun sənədlərini, o
cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: "Bundan
sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən
uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada
olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 "qaynar
xətt"inə və hüquq mühafizə orqanlıarına məlumat versəm də, bunun
heç bir faydası olmayıb".
O, pozulmuş hüquqlarının bərpasını və DYP əməkdaşı adına yaraşmayan
davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını
istəyir.
Sonda onun videomüraciətini də diqqətinizə təqdim edirik.