Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb
10:18 16 Mart 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının 2015-ci il martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2374343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR