"Borussiya Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanq gələn yay başqa kluba keçəcəyini istisna etməyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu forvard Madridə köçmək istəyini gizlətməyib.
"Yeni səviyyəyə çıxmaq üçün yayda klubumu dəyişməliyəm. Əvvəlki kimi "Real"da oynamaq arzusundayam. Amma bu mövzu ətrafında çox səs-küy var. Vacib seçim etməliyəm. Çoxları məni İngiltərədə görmək istəyir. Buna baxmayaraq Premyer Liqa məni o qədər də cəzb etmir. La Liqanı bəyənirəm. Paris də məni özünə çəkir. Fransız dili əsas danışdığım dildir".
Qeyd edək ki, ötən yay Obameyanqın "Real" və PSJ klublarının maraq dairəsində olduğu deyilirdi. Onun 2016/17 mövsümünün sonunda "Borussia"dan getmək üçün klub rəhbərliyi ilə razılığa gəldiyi barədə xəbərlər də yayılmışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində