"Sendvic Panel Bakupan" şirkəti soyuq havalarda sahibsiz heyvanların qorunması üçün layihə həyata keçirir.
Metbuat.az-ın məlumatına görə, heyvanların sığınması üçün hazırlanan xüsusi kiçik evlər şəhərin müxtəlif ərazilərinə yerləşdirilir. Əgər yaşadığınız yerdə ehtiyac varsa və heyvanlara nəzarət edə biləcəksənizsə, şirkət ərazini kiçik evlərlə təmin etməyə hazırdır.
"Sendvic Panel Bakupan" bu gözəl layihəni reallaşdırmaq üçün sizdən kömək istəyir. Hazırda sığınacaqların hazırlanmasına yardım edəcək könüllülərə və həmin kiçik evləri müxtəlif ərazilərə çatdırmaq üçün maşın dəstəyinə ehtiyac var.
Əlaqə üçün tel. nömrəsi: 050 711 21 31
