Azərbaycan yəhudi xalqının Holokostla bağlı ağrı-acısını bütün digər ölkələrdən daha yaxşı hiss edir. Çünki Azərbaycan xalqı da soyqırımla üz-üzə qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İsrail-Azərbaycan (Azİz) Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu hadisə haqqında həqiqətləri 25 ildir ki, dünya ictimaiyyətinə çatdırmağa çalışır.

V.Bayramov deyib: "Mən dəfələrlə İsraildə Xocalı soyqırımına həsr olunmuş sərgilərdə olmuşam. Bu sərgiyə gələn İsrail vətəndaşları ermənilərin dinc Azərbaycan sakinlərinə qarşı etdikləri vəhşiliklərin əks olunduğu fotoşəkilləri görəndə dəhşətə gəlirdilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azİz: "Azərbaycan yəhudi xalqının Holokostla bağlı ağrı-acısını daha yaxından hiss edir" - VİDEOAzİz: