Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib

Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib
11:27 2 Fevral 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
"Report"un xəbərinə görə, konfransı giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev Ə.Əliyevin milli tibbi kadrların və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəailiyyəti və xidmətləri haqqında məlumat verib.

Nazir bildirib ki, Ə.Əliyev Azərbaycanda tibb təhsil əsasını qoyanlardan biridir: "Onun fəailiyyəti dövründə tibb sahəsi üzrə Azərbaycan dilində dərsliklər, monoqrafiyalar yazılıb, namizədlik və doktorluq dissertasiyaları yaradılıb. Onun vətən və xalqa qarşısında xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib, prezident tərəfindən ötən il Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamın imzalanması bu diqqətin bariz göstəricisidir".

O.Şirəliyev əlavə edib ki, Ə.Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi qarşısında dəqiq məqsədlər qoyaraq onları praktik səviyyədə yerinə yetirmək təcrübəsinə malik idi: "Hansı bir vəzifə olursa-olsun Əziz Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanır və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu".

İnstitutun direktor Nazim Qasımov Ə.Əliyevin həyatı və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, Ə.Əliyev 1959-cu ildə İnstitutun rektoru kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər də burada çalışıb: "Onun rəhbərliyi dövründə institutun fəaliyyəti genişləndirilib, kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqiriyalı elm adamları yetişdirilib. Nəticədə institut ölkədə əhəmiyyətli elmi tibb mərkəzinə çevrildi".

Tədbirin davamında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və digərləri Ə.Əliyevin həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışıblar.

Konfransın davamında Ə.Əliyevin 120 illik yubileyinə həsr olunan film nümayiş etdirilib. 










Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/dovlet-hekimleri-tekmillesdirme-i-nstitutunda-eziz-eliyevin-120-illik-yubileyine-hesr-olunan-konfran

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR