"Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin"

"Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin"
12:22 2 Fevral 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund"un rəhbərliyi Pyer-Emerik Obameyanqın Fransa radiosuna son açıqlamasından narazı qalıb. Qabonlu hücumçu yayda klubunu dəyişmək istədiyini və arzusunun "Real"da oynamaq olduğunu söyləmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dortmund klubunun idman direktoru onun fikirlərinə belə münasibət bildirib:

"Obameyanqla bu yaxınlarda söhbət etmişik. Ona məsləhət gördüm ki, mətbuata az müsahibə versin və diqqətini Çempionlar Liqasına vəsiqə imkanı verən yerləri tutmağa yönəltsin. Əlbəttə, münasibətimiz yaxşıdır. Amma düzgün nəticə çıxarmaq lazımdır. Hazırda diqqəti "Borussiya"nın qarşısındakı məqsədlərə cəmləşdirmək tələb olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR