10 bankın əmanətçiləri 723 milyon 976 min manat alıb

10 bankın əmanətçiləri 723 milyon 976 min manat alıb
13:13 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə ödədiyi vəsaitin həcmini açıqlayıb.

Publika.az fonda istinadən xəbər verir ki, 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 135 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 53 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 73 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 127 miyon 374 min manatdan artıq kompensasiya həyata keçirilib.

01 fevral 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya aparılıb.

01 fevral 2017-ci il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 397 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1 %-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 534 min manatdan artıq kompensasiya aparılıb.

01 fevral 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 823 min manatdan artıq kompensasiya həyata keçirilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 723 milyon 976 min manatdan artıq kompensasiya ödənilmişdir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/186146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR