Kazanda yanğında həlak olmuş Azərbaycan vətəndaşının cənazəsi yaxınlarına verilib

Kazanda yanğında həlak olmuş Azərbaycan vətəndaşının cənazəsi yaxınlarına verilib
11:22 16 Mart 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğlunun cənazəsi yaxınlarına verilib.

Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən bildirilib.

Yaxın zamanlarda cənazə Azərbaycana göndəriləcək.

Nümayəndəlikdən qeyd edilib ki, hələlik yanğında həlak olan azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşdirilməyib. Onun Cəlilabad rayonundan olduğu bildirilir.

Yanğın zamanı xəsarət almış Azərbaycan vətəndaşı Tağıyev Salam Bəxtiyar oğlu xəstəxanadadır, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR