Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb
20:47 2 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 2 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilənəməliyyat-axtarış tədbirləri nəticəsində penitensiar müəssisələrə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 221.3 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucov Vüsal Akif oğlunun yanına qısamüddətli görüşə gəlmiş Şirvan şəhəri sakinləri Qəhrəmanov Xəyal Səmədağa oğlu və Abışov Müşfiq Vidadi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın tikişində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə xalis çəkisi 0.08 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülüb. 
Fakt üzrə toplanılan materiallar hüquqi qiymət verilməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cezacekme-muessisesine-narkotik-madde-kecirilmesi-cehdinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR