Gülşən İbadova teatrın ittihamlarına cavab verdi

Gülşən İbadova teatrın ittihamlarına cavab verdi
21:32 2 Fevral 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

Gənc opera ifaçısı Gülşən İbadova Opera və Balet Teatrı rəhbərliyinin mətbuata ona ünvanladığı ittihamlara münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ifaçı sosial şəbəkədə teatr rəhbərliyinin haqqında səsləndirdiyi ittihamları qəbul etmədiyini yazıb:
"Əsərimi təhvil vermədən və direktorun belə xəbəri olmadan yalanlarla teatrdan uzaqlaşdırılmağım haqqında verdiyim açıqlama və teatrın eybəcərliklərini ortaya qoymağım Opera və Balet teatrının  rəhbəri və kollektivinin qəzəbinə səbəb olub. Mənə qarşı yalanlarla dolu bəyanat hazırlayıblar. Mənimlə birlikdə o yollarla nə qədər istedadları teatrdan uzaqlaşdırıblar. Və dedikləri sözə bax: səsim opera üçün yaramır. Mənim səsim haqqında vokal opera mütəxəssisləri fikir bildiriblər. Sizin isə yalanlar üzərində hazırladığınız saxta bəyanatlar heç nəyə yaramır. Çünki hər şey göz qabağındadır, ifalarım,  konsertlərim, Avropa və yerli professional musiqiçilərin səsimlə bağlı müsbət fikirləri  və Avropa səhnəsinə açılan dəvətlər,  Almaniya klassik səsyazma şirkəti ilə müqaviləm və s.".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/513802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR