Miqrantlar ABŞ dəyərlərini nəzərə almalıdırlar" - Tramp

Miqrantlar ABŞ dəyərlərini nəzərə almalıdırlar" - Tramp
21:47 2 Fevral 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə gələn miqrant və qaçqınların əsasən dini etiqad azadlığına dair Amerika dəyərlərini qəbul etmələri üçün zəmanət sistemi hazırlayacaq. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə D.Tramp bildirib.   
"Biz ölkəmizdə zərrə qədər də qeyri-tolerantlığın yayılmasına imkan verməyəcəyik... Yaxın günlərdə yaradacağımız sistem ölkəyə gələnlərin dini azadlıqla bağlı dəyərlərimizi tam qəbul etməsini təmin etməyə kömək edəcək və onlar təzyiq və diskriminasiyanın istənilən formasından imtina edəcəklər", - deyə Tramp dini liderlərlə ənənəvi birgə səhər yeməyi zamanı bildirib.
 
"Biz insanların ölkəmizə gəlməsini istəyirik, lakin biz onların həm də bizə və dəyərlərimizə nifrət deyil, hörmət etməsini istəyirik", - deyə Tramp əlavə edib.  
 
Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 
Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR