Polşada Azərbaycan musiqi gecəsi keçiriləcək

Polşada Azərbaycan musiqi gecəsi keçiriləcək
23:57 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Varşava. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov bu ölkənin Soxaçev şəhərinə səfər edib.
Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, H. Həsənov səfər çərçivəsində Polşa Baş nazir dəftərxanasının naziri Maciej Malecki, şəhərin meri Piotr Osiecki və digər rəsmi şəxslərlə görüşüb.
Görüşdə Azərbaycan və Polşa arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində perspektivlər müzakirə olunub. Həmçinin Polyak bəstəkarı və pianoçusu Antoni Kontskinin (1817-1899) xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələyə də toxunulub. Bu ilin mayında dahi bəstəkarın şəhərin mədəniyyət mərkəzində xatirə lövhəsinin açılması, eyni zamanda Azərbaycan musiqi gecəsinin də keçirilməsi qərara alınıb. 
Qeyd edək ki, A. Kontski milli xalq əsərlərimizi nota köçürərək Azərbaycan mədəniyyətinin Avropada təbliğinə töhvə verib.
Görüş barədə "Ziemia Sochaczewska" qəzetində “Za zaslugi dla kultury” başlıqlı məqalə də dərc edilib.



Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/polsada-azerbaycan-musiqi-gecesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR