Afrika Millətlər Kubokunda növbəti finalçı müəyyənləşib

Afrika Millətlər Kubokunda növbəti finalçı müəyyənləşib
00:57 3 Fevral 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda daha bir finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, bu, Kamerun yığmasıdır.
Uqo Broosun baş məşqçi olduğu komanda yarımfinalda Qananı məğlubiyyətə uğradıb - 2:0. Qolları 72-ci dəqiqədə Mişel Nqadu-Naaci, 90+3-cü dəqiqədə isə Kristian Bassoqoq vurub.
Beləliklə, fevralın 5-də keçiriləcək final matçında Kamerun Misirlə qarşılaşacaq. Bundan bir gün öncə isə 3-cü yer uğrunda görüşdə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcək.
Qeyd edək ki, əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələn ilk yarımfinal matçında Misir Burkina-Fasonu penaltilər seriyasında üstələyib - 4:3. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/afrika-milletler-kubokunda-novbeti-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR