Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda ikinci finalçı müəyyənləşib.
Publika.az xəbər verir ki, Uqo Broosun baş məşqçi olduğu Kamerun yığması yarımfinalda Qananı məğlubiyyətə uğradaraq (2:0) finala yüksəlib. Qolları 72-ci dəqiqədə Mişel Nqadu-Naaci, 90+3-cü dəqiqədə isə Kristian Bassoqqo vurub.
Beləliklə, fevralın 5-də keçiriləcək final matçında Kamerun Misirlə qarşılaşacaq. Bundan bir gün öncə isə 3-cü yer uğrunda görüşdə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcək.
Qeyd edək ki, əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələn ilk yarımfinal matçında Misir Burkina-Fasonu penaltilər seriyasında üstələyib - 4:3.