Tramp-dan “Coca-Cola”nın Meksikada işləməsinə qadağa

Tramp-dan “Coca-Cola”nın Meksikada işləməsinə qadağa
04:04 3 Fevral 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezident Donald Tramp yaxın günlərdə “Coca-Cola” şirkətinin rəhbərliyi ilə görüşərək, onlardan  Latın Amerikasında, xüsusi ilə də  Ukraynada istehsalatı tam dayandırmağı və ya azaltmağı  tələb edəcək.

 

APA-nın  “Denuncia Leaks” portalına istinadən verdiyi xəbərə görə, Trampın bu planı “Coca-Cola”-nın son addımları ilə əlaqəlidir. Belə ki, şirkət D.Trampın miqrasiya siyasətinə qarşı kampaniyaya qoşulub,  Latın Amerikasından gələnlərə  #OrgullosoDeSer dəstək aksiyası təşkil edib və müvafiq klip çəkdirib.  

 

Qeyd edək ki, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayan kimi Meksika ilə sərhəddə divarın ucaldılmasına dair sərəncam imzalayıb.

 

Bundan başqa,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR