İran Ermənistanla birgə PUA istehsal edəcək

İran Ermənistanla birgə PUA istehsal edəcək
11:05 3 Fevral 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

İranla Ermənistan birgə pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırırlar.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə müzakirələr Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşü zamanı baş tutub.

Qeyd olunub ki, hər iki ölkə pilotsuz uçuş aparatının təkmilləşdirilməsi, bu istehsalın genişləndirilməsi istiqamətində əməkdaşlıq etməyi düşünür: "Söhbət PUA-ların satışından yox, birgə istehsaldan gedir", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib. Səfər İranın müdafiə naziri Hüseyn Dehqanın rəsmi dəvəti ilə gerçəkləşib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR