Anqola prezidenti qarşıdakı seçkilərdə namizəd olmayacaq

Anqola prezidenti qarşıdakı seçkilərdə namizəd olmayacaq
17:57 3 Fevral 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Anqolada 1979-cu ildən prezident vəzifəsini icra edən Joze Eduardu duş Santuş 2017-ci ildə keçiriləcək seçkilərdə hakim partiyadan namizədliyini irəli sürməyəcəyini təsdiqləyib.
Bu barədə "Report" RBK-ya istinadən xəbər verib.
Joze Eduardu duş Santuşun sözlərinə görə, hakim Anqola Azadlıq Xalq Hərəkatı Partiyasında prezidentliyə namizəd ölkənin müdafiə naziri Joao Laurentso olacaq. Onun özü isə partiya lideri olacaq və parlamentə deputatlar, orduya və polisə isə yüksək rütbəli məmurlar təyin etmək hüququnu qoruyacaq.
Qeyd edək ki, Joze Eduardu duş Santuş Bakıda Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olub. O, burada 1963-1969-cu illərdə təhsil alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/anqola-prezidenti-qarsidaki-seckilerde-namized-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR