Ötən il ən çox qızıl alan mərkəzi banklar müəyyənləşib

Ötən il ən çox qızıl alan mərkəzi banklar müəyyənləşib
19:47 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya ölkələrinin Mərkəzi Bankları 2016-ci ildə 383,6 ton qızıl alışı həyata keçirib. 
"Report" "World Gold Council" qızıl sənayesi bazarı inkişaf təşkilatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 33% azalma deməkdir. Qızıl ehtiyatlarını ən çox artıran ölkələr arasında Rusiya, Çin və Qazaxıstan lider olub. Bu 3 ölkə il ərzində qızıl alışı həyata keçirən Mərkəz Bankların məcmu alışının 80%-i təşkil edib. Mərkəzi Bankların qızıl alışı son 6 ilin minimal səviyyəsinə enib. Mərkəzi Bankların 2016-cı ildə qızıla yatırımları 2011-2015-ci illərin orta illik alışı olan 566,9 tondan 32% aşağı olub.
Ümumiyyətlə, qızıla olan tələb 2016-cı ildə illik müqayisədə 2% artaraq 4 308,7 ton təşkil edib ki, bu da son 3 ilin ən yüksək səviyyəsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/2016-ci-ilde-en-cox-qizil-alan-merkezi-banklar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR