"Azərsu" İKT avadanlığı və proqram təminatlarının alınması üçün tender keçirir

"Azərsu" İKT avadanlığı və proqram təminatlarının alınması üçün tender keçirir
20:12 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ “Azərsu” ASC “İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) avadanlığı və proqram təminatlarının (lisenziyalar)” satın alınması məqsədilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tender 3 lot - avadanlığın, kartriclərin, elektrik malları və alətlərin (Lot-1), proqram təminatlarının (lisenziyalar - Lot-2), avtomatlaşdırma və SCADA sistemlərinin elementlərinin hissələrinə dair avadanlığın (Lot-3) satın alınması üzrə keçirilir.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 200 manat iştirak haqqı ödəməlidirlər. İddiaçılar tələb olunan sənədləri martın 9-u saat 18:00-dan, tender təklifini isə martın 16-ı saat 18:00-dan gec olmayaraq “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67) təqdim etməlidirlər.
Təklif zərfləri martın 17-i saat 15:00-da ASC-də açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azersu-i-kt-avadanliqi-ve-proqram-teminatlarinin-alinmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR