"Meydandan kənarlaşdırılmağım çox gülməli" - Qriqorçuk

"Meydandan kənarlaşdırılmağım çox gülməli" -   Qriqorçuk
20:27 3 Fevral 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” - “Neftçi” oyunundan sonra (1:0) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik: 


“Daniel Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. O, bu matçda əlinə düşən tək imkandan maksimum faydalandı. Ötən oyundan sonra hücumçularımızın imkanlardan yararlana bilməməyini tənqid etmişdim. Lakin oyunçularımızı tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətə düşürlər. Belə durumda vurulan 1 qol vəziyyəti dəyişir. Bugünkü matçdan sonra eşitdim ki, qol vurulan anda ofsayd var idi. Amma özüm epizodu izləməmişəm. Buna baxandan sonra tam dəqiqliyi ilə fikrimi deyə bilərəm. Hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. Təmiz oyunlar olmasının tərəfdarıyıq”.


Qriqorçuk texniki zonadan kənarlaşdırılması və son turlara təsadüf edən hakim səhvlərinə də toxunub: “Meydandan kənarlaşdırılmağım çox gülməli və təəccübləndiricidir. Epizodlardan birində öz reaksiyamı bildirdim və bu zaman rəqibin ehtiyat oyunçular skamyasından bir nəfər mənə qışqırdı. Mən ona cavab verəndə isə hakim tərəfindən texniki zonadan kənarlaşdırıldım. Düzdür, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. Biz məşqçilərin öz işimizlə məşğul olmasını istəyirəm. Həmkarlarıma hörmətim böyükdür. “Neftçi” qış fasiləsində güclənib, yaxşı komandadır. Görünən odur ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidir. On hakim səhvindən sonra çempion olursansa, sənə qızıl medalı onların qazandırdığını deyəcəklər. Bunu isə heç kim istəməz”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmeydandan-knarladrlmam-cox-gulmliquot-t56041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR