Milli Məclisin yeni işçi qrupu gözün buynuz qişasının gətirilməsi ilə bağlı ilk iclasını keçirib

Milli Məclisin yeni işçi qrupu gözün buynuz qişasının gətirilməsi ilə bağlı ilk iclasını keçirib
22:12 3 Fevral 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana gözün buynuz qişasının gətirilməsi problemlərinin həlli ilə bağlı Milli Məclisdə yaradılmış yeni işçi qrupu bu gün ilk iclasını keçirib. Milli.Az bildirir ki, bu barədə Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, işçi qrupunun rəhbəri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iclasda qərara alınıb ki, gözün buynuz qişasının Azərbaycana gətirilməsini təmin etmək üçün bir neçə qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunmalıdır, o cümlədən gömrük prosedurları asanlaşdırılmalıdır:

"Araşdırdıq ki, iki qanuna - "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklik olunmalıdır. Gələn həftə ərzində biz dəyişikliklərlə bağlı layihələri parlamentin Səhiyyə komitəsinə təqdim edəcəyik. Sonra isə sənəd baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Bu iki qanunda dəyişiklik edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq".

Qeyd edək ki, işçi qrupuna Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ekspertləri də daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR