Əridilmiş pendirlə şorba

Əridilmiş pendirlə şorba
07:05 4 Fevral 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az əridilmiş pendirlə şorbanın hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: "Armud" kotleti

Tərkibi (4 pay): 

1 baş soğan

1 yerkökü

1 diş sarımsaq

2 x.q. bitki yağı

4 kartof

100 q makaron

200 q əridilmiş pendir

duz

istiot

Qazana 1 l su töküb ocağa qoyun. 

Bitki yağında doğranmış soğan, sarımsaq və yerkökünü qovurun. 

Su qaynayanda qovurduğunuz tərəvəzi qazana tökün. Makaronla kubik doğranmış kartofu əlavə edin. 

Duz-istiot vurun. Təxminən 10 dəqiqə, kartof yumşalınca bişirin. 

Pendiri xırda doğrayıb şorbaya qatın, qarışdıraraq 5 dəqiqə, pendir tam əriyənədək bişirin. 

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/513879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR