Yanlış proqnozlaşdırılan, amma dünyanı SİLKƏLƏYƏN KƏŞFLƏR - FOTO

Yanlış proqnozlaşdırılan, amma dünyanı SİLKƏLƏYƏN KƏŞFLƏR - FOTO
10:43 4 Fevral 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Nüvə enerjisindən tutmuş telefona qədər hər bir kəşf barədə müxtəlif müzakirələr olub. Bir çoxu həyatımıza qatılan yeniliklərin davamlı olmayacağını, onun müəyyən zamandan sonra lazımsız bir vasitə kimi sıradan çıxacağını proqnozlaşdırıb. Lakin zaman o iddiaların bir çoxunun yalan olduğunu sübuta yetirib.

Beləliklə, Publika.az dünyada yanlış proqnozlaşdırılan 15 yenilik barədə məlumatları təqdim edir:

Nüvə enerjisi

Nüvə enerjisi haqqında uğursuz proqnozu 1932-ci ildə Albert Eynşteyn verib.

“Nüvə enerjisini nə vaxtsa mövcud olacağı ilə bağlı heç bir işarə yoxdur. Bu o deməkdir ki, insanlar atomu özləri dağıdacaq”,- deyə A.Eynşeyn bildirib.

“Bitlz”

“Bitlz” qrupu haqqında uğursuz proqnozu isə 1962-ci ildə Decca səsyazma studiyası tərəfindən verilib.

“Onların səsi bizim xoşumuza gəlmir. Ümumiyyətlə, gitarada ifa artıq dəbdən düşüb”,- deyərək şirkət “Bitlz” qrupu ilə müqavilə bağlamaqdan imtina edib.

Telefon

Telefon haqqında uğursuz proqnoz isə 1876-cı ildə “Western Union”un daxili yazışmasında əks olunub: “Bunun çatışmazlıqları həddən artıq çoxdur. Ona ünsiyyət vasitəsi kimi ciddi yanaşmaq olmaz. Bu qurğu bizim üçün heç bir dəyərə malik deyil”.

Dəmir yolu səyahəti

Dəmir yolu səyahətləri haqqında uğursuz proqnoz 1830-cu ildə verilib.

“Yüksək sürətlə dəmir yolunda səyahət etmək mümkün deyil. Sərnişinlər nəfəs ala bilməyəcək və boğulub öləcəklər”, - deyə doktor Dionisiy Lardner proqnoz verib.

Kompüter satışı

Kompüterlərə tələbin olacağı ilə bağlı IBM sədri Tomas Vatson 1943-cü ildə yanlış proqnoz verib. O, kompüterə marağın yüksək olacağına inanmadığını deyib: “Düşünürəm ki, dünyada kompüter alıcılarının sayı 5-i keçməyəcək”.

Rentgen şüası

1883-cü ildə rentgen şüaları barədə Kral cəmiyyətinin prezidenti Lord Kelvin proqnoz verib.

"Rentgen şüaları tam mistika və cəfəngiyatdır”,- deyə L.Kelvin bildirib.

Közərmiş lampa

Közərmiş lampalarla bağlı uğursuz proqnoz 1880-ci ildə verilib.

“Texnologiyadan başı çıxmayan da bilir ki, bu çox uğursuzluqdur”, - bu sözləri Texnologiya Stevens İnstitutunun prezidenti Henri Mortona Edisonun elektrik lampası haqqında deyib.

Avtomobil

Avtomobil haqqında uğursuz proqnoz 1903-cü ildə verilib.

“Nəqliyyat vasitəsi atdır, həmişə də at qalacaq. Avtomobil ötəri bir yenilikdir”. Bu sözləri Miçiqan Əmanət bankının prezident vəkili Fordun Henrisi ona “Ford Motor Co”ya sərmayə qoymağı təklif edəndə deyib.

Televizor

Televiziya haqqında 1946-cı ildə uğursuz proqnoz verilib. “20th Century Fox” Film prodüseri Darryl Zanuk televiziyanın uzun müddət yaşamayacağını proqnozlaşdırıb: “İnsanlar hər gecə gözlərini bu yeşiyə zilləyib baxmayacaq. Tezliklə bundan bezəcəklər”, - deyə proqnoz verib.

Dəmir yolu

1846-cı ildə dəmir yolları haqqında uğursuz proqnoz verilib. Proqnozu verən Prussiya kralı I Vilgelm olub: “Heç kim buna pul ödəməyəcək. Bir saata Berlindən Potsdama çatmaq üçün heç kim pul ödəməz, əgər atla bir gün ərzində həm də pulsuz mümkündürsə”.

Kompüter

Kompüterlər haqqında 1977-ci ildə yanlış proqnoz verilib. “Digital Equipment Corporation”un sədri və təsisçisi Ken Olson fikirlərini Bostonda Dünya Cəmiyyətinin Gələcəyi ilə bağlı müşavirədə dilə gətirib.

“Bir insanın evində kompüterin olması üçün heç bir səbəb yoxdur”, - deyə K.Olson bildirib.

Pulemyot

Onunla bağlı 1893-cü il elə ixtiraçının özü Xaymer Maksim proqnoz verib.

“Bununla müharibə etmək qeyri-mümkündür”,- deyə X.Maksim pulemyotun qorxulu müharibə silahı ola biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

Radio

Radionun gələcəyi ilə bağlı 1921-ci ildə yanlış proqnoz irəli sürülüb.

“Simsiz musiqi aparatı ticari dəyərə malik deyil”,- bu sözləri Devid Sarnofa partnyorlarının radioya sərmayə qoymaq barədə təklifinə cavab verərkən söyləyib.

Təyyarə istehsalı

Bu barədə “Boeing”in mühəndisi 1933-cü ildə yanlış proqnoz səsləndirib.

“Heç vaxt bundan daha çox təyyarə istehsal edilə bilməz”,- mühəndis bu sözləri “Boeing 247”-nin birinci uçuşundan sonra deyib. Hansı ki, həmin təyyarə iki mühərrikli idi və 10 nəfərlik yer vardı.

Tank

1916-cı ildə tankların nümayişində Marşal Heyqan onların gələcəyi barədə danışıb: “Süvari qoşunun bu dəmir vaqonları ilə əvəz ediləcəyi fikri absurddur. Bunu iddia etmək xəyanətdir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR