“ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” açılacaq

“ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” açılacaq
13:22 4 Fevral 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” keçiriləcək.
Bu barədə "Report"a “ASAN Könüllüləri” Təşkilatının mətbuat xidmətindən məlumat verilib.
Təşkilatdan bildirilib ki, sərgi fevralın 8-də saat 14.30-da 2 saylı “ASAN xidmət” mərkəzində (AMAY) açılacaq.  
Sərginin əsas məqsədi Prezident İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələriini fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirməkdir.
Foto sərgidə fotoqraflar Emin Əlizadə, Elnur Abdulla, Elburus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadı, Pəri Arifqızı, Süleyman Süleymanlı, Tural Cəfərov, Vüqar İbadov, Elmar Əzimli, Ramid Vahidoğlu, Elxan Qəniyev, Ceyhun Rəhimov, İlqar Məmmədov tərəfindən çəkilmiş 34 fotoşəkil nümayiş etdiriləcək. Könüllü hərəkatına həsr edilən və ilk dəfə keçirlən fotosərgi təkcə ASAN könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır.
Fotosərgidə eyni zamanda Formula 1, "Eurovision", Beynəlxalq Bakı Şahmat Olimpiadası, "BAKI 2015" ilk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunacaq. Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən, könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçiriləcək. Bu kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək.
Qeyd edək ki, sərgi 1 ay davam edəcək. Daha sonra isə fotoqrafların könüllülərə həsr etdiyi müvafiq fotolar müxtəlif “ASAN xidmət” mərkəzlərinə hədiyyə olunacaq.
Sərgidə iştirak edən fotoqraflar “ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılacaq. Gələcəkdə “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi KİV fotoqraflarının iştirakı ilə könüllülük hərkatına həsr edilən daha böyük növbəti fotosərgilərin keçirilməsini planlaşdırılır.
Sərgi bütün vətəndaşlar üçün açıq olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/asan-xidmet-merkezinde-konulluler-herekati-fotoqraflarin-gozu-ile-i-umumrespublika-aciq-foto-serg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR