Behişt insanlarının müştərək nemətləri

Behişt insanlarının müştərək nemətləri
19:12 4 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər Quran ayələrinə diqqətlə nəzər salsaq, görərik ki, axirət nemətləri və cəzaları həm qadınlar və həm də kişilər baxımından eynidir. Necə ki, Quran bu haqda buyurur: "Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür". ("Tövbə" 72).

Bəziləri belə irad tuturlar ki, behişt nemətlərindən söz açılan zaman ancaq kişilər nəzərdə tutulmuşdur. Ancaq bu irad əsassızdır. Çünki Quran ayələrinin əksər hissəsi behişt nemətlərinin məhz behişt əhlinə aid olduğunu bəyan edir, yalnız kişilərə aid olduğunu demir.
"Onlar üçün orada əbədi qalacaqları halda (cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir". ("Furqan" 16).
"Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə cənnətə daxil olun! Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz. Bu, sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz cənnətdir. Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz". ("Zuxruf" 70-73).
"İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik". ("Nisa" 57).
Təfsirçilərin nəzərinə görə, bu ayədə işlənən "əzvac" sözü zövcün cəmi olub (kişi və qadınlardan olan) həyat yoldaşlarına işarə edir. Yəni, hər iki cinsə aid edilir, həm kişilərə və həm də qadınlara. (Tebyan)
Nəql edilir ki, Cəfər ibn Əbitalibin (ə) həyat yoldaşı Əsma binti Əmis Həbəşədən qayıdan zaman Peyğəmbərin (s) həyat yoldaşlarını görməyə gedir və onlardan soruşur ki, Quranda qadınlar haqqında bir şey nazil olmuşdurmu? Onlar deyirlər ki, xeyr.
Ona görə də Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ey Allahın Rəsulu! Qadın cinsi ziyana və xusrana giriftardır". Peyğəmbər (s) buyurur: "Niyə?". Deyir: "Çünki İslamda və Quranda onlar haqqında kişilər kimi fəzilətlər bəyan olmamışdır".
Elə bu zaman bu ayə nazil olur: "Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR