Bakıda yolu keçəndə vuruldu

Bakıda yolu keçəndə vuruldu
21:52 4 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
Belə ki, "10-XU-219" dövlət qeydiyyat nişanlı, "Qazel" markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR