İŞİD cəlladının başını kəsdilər

İŞİD cəlladının başını kəsdilər
22:42 6 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın şərqində İŞİD terror qruplaşmasının liderlərindən birinin başı kəsilmiş meyiti tapılıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, qətlə yetirilən şəxs Suriyada İŞİD-in dini polis qurumunun rəis müavini səlahiyyətlərini icra edib. Edamların məhz bu qurum tərəfindən həyata keçirildiyi qeyd olunur. Başı bədənindən ayrılmış şəxsin ağzında siqaret (İŞİD-in dini polisi nəzarət etdiyi ərazilərdə siqaret çəkməyə qadağa qoyub), üzərində isə “Bu pislikdir” sözləri yazılmış kağız parçası tapılıb.
 
Qətlə yetirilənin nüfuzlu şəxs olduğu bildirilir. Onun kim tərəfindən edam edildiyi məlum deyil.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR