Bu kişilər bir-birilə evlənir (FOTO)

Bu kişilər bir-birilə evlənir (FOTO)
22:46 6 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin məşhur komediya ustası 57 yaşlı Stefen Fray özündən 30 yaş kiçik kişi dostu Elliot Spenser ilə evlənməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, cütlük yaxın vaxtlarda toy etmək fikrindədir.

Stefen Fray 27 yaşlı sevgilisi Elliot Spenser ilə ilk dəfə noyabr ayında görüntülənmişdi. Twitter hesabında "çox xoşbəxt" olduğunu yazan Fray, xoş arzular üçün də pərəstişkarlarına təşəkkür edib. Aktyorun meneceri şərhdə, "Stefen çox xoşbəxtdir. Evlənəcəksən, amma hələ qəti bir tarix yoxdur. Diqqətinizə görə təşəkkür edirik.

Qeyd edək ki, Fray keçmiş sevgilisi Daniel Kohenin 2010-ci ildə ayrıldıqdan sonra intihara cəhd etmişdi və uzun müddət depressiyada olmuşdu.

10 illik bağların bir anda qırılmasına dözməyən Fray bir qutu həbi araqla birlikdə içərək özünü öldürmək istəmişdi. Fray son anda meneceri sayəsində xilas olmuşdu.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR