XƏBƏRDARLIQ: İnternetdə belə səhifələrdən uzaq olun! - VİDEO

XƏBƏRDARLIQ: İnternetdə belə səhifələrdən uzaq olun! - VİDEO
00:38 6 Fevral 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir qrup şəxs sosial şəbəkələr vasitəsilə ilə narkomaniyanı təbliğ edir. Bu məqsədlə özlərinə müxtəlif adda səhifə də açırlar. Hətta belə səhifələrin kifayət qədər izləyicisi də var. Mütəxəsislər isə xəbərdarlıq edir: belə səhifələrə üzv olmaq sonradan ciddi problemlərə gətirib çıxara bilər.

Hara baxırsan narkotik bitkilərin fotoları, üstəlik, onlarla bağlı məlumatlar da qeyd edilib. Hətta bu fotoları bəyənənlər və izləyənlər də kifayət qədərdir.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə narkotik aləmi açıq-aydın təbliğ edilir. Burada müxtəlif foto və videolar paylaşılır. Bu səhifələri idarə edənlər İzləyici sayını artırmaq üçün müxətlif vasitələrdən istifadə dirlər. Məsələn, instaqram sosial şəbəkəsində yaradılan ''Narkotık çək'' adlı bu səhifənin 12 mindən çox izləyicisi var. ''Narkotik ailemi'' adlı bu səhifəni də izləyənlər az deyil. Səhifəyə diqqət etdikdə aydın olur ki, burada müxtəlif narkotik bitkilərin fotoları paylaşılıb. Əsas məqamlardan biri də bu fotoları çox sayda izləyicinin bəyənməsidir.

Səhifədə izləyicilərdən bu cür foto və məlumatların onlara göndərilməsi də əks olunur. Bununla yanaşı, narkotik çəkib fotosun paylaşanlar da var. Psixoloqlar isə hesab edir ki, belə səhifələri açan şəxslər narkotik aləmə meyilli olan və narkotikdən istifadə edən şəxslər ola bilər. Bununla yanaşı, sosial şəbəkələrdə bu cür səhifəni idarə edən şəxslər bəlli məqsədlərini həyata keçirmək üçün bu addımı atırlar.

Bəzi hallarda isə səhifənı açanlar özlərinə etibarlı istifadəçi cəlb edib bu işi həyata keçirə bilərlər. Bəs istifadəçilər belə halda nə etməlidirlər? Psixoloq İbrahim İbrahimov deyir ki, ilk növbədə bu cür səhifələrdən dostluq və ya izləmək sorğusu gəldikdə dərhal imtina etmək lazımdır. Çünki, belə səhifələrə qoşulmaq sonradan bir sıra problemlərə gətirib çıxara bilər.

Hüquqşunaslar isə deyir ki, belə hallar xüsusi qanunla tənzimlənir. Yəni İnformasiya və informasiyanın mühafizəsi haqqında qanunda internet resurslarından necə istifadə edilməsi öz əksini tapıb.

Belə ki, qanunun tələbini pozan fiziki şəxslər 50-80, hüquqi şəxslər 500-800, vəzifəli şəxslər isə 1000-1500 manata qədər cərimə oluna bilərlər. (xezerxeber.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR