Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kuboku başa çatıb.
Publika.az xəbər verir ki, həlledici qarşılaşmada Misir və Kamerun yığmaları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Kamerun yığması Afrika Millətlər Kubokunun qalibi olub.
Kamerun tarixində 5-ci dəfə Afrika Kubokunu qazanıb. Sonuncu dəfə kamerunlular 2002-ci ildə qitənin ən nüfuzlu turnirinin qalibi olub.
Kamerun – Misir 2:1
Qollar: Nikolas Nkolu, 59. Vensan Abubakar, 88 - Məhəmməd əl-Nenni, 22.








